Bringing the World's Vintage Gems to you in Baku
One-of-a-kind treasures, curated from around the world
Shop by Category
Just Arrived
Kurasiya olunmuş məhsullar
Ünvana Çatdırılma
Tək və təkrarsızdır

Vintagem'in kimliyi
VINTAGEM - Avropanın müxtəlif ölkələrindən seçilmiş, 1960 - 1990-cı illərə aid nadir vintaj aksesuarların təqdim olunduğu, kurasiya olunmuş bir Vintaj markadır. Burada olan hər bir məhsul müəyyən bir dövrə, tarixə və ölkəyə aiddir. Hər bir məhsul təkrarı olmayan, öz hekayəsini daşıyan və kolleksiya dəyərinə sahib xüsusi parçalardır.
Biz kütləvi istehsala xidmət etmirik. Məqsədimiz kütləvi modanın eyniləşdirdiyi üslublar arasında insanlara zamansız, yalnızca onlara məxsus ola biləcək, ruhu və dəyəri olan vintaj tapıntılarımızı təqdim etməkdir 🤎
Bizim Məqalə →Curated with Intention,
Not Algorithm
Vintagem 2024-cü ildə mən, Nərgiz Surxayzadə tərəfindən yaradıldı. Bu brend keçmiş dövrlərə olan sevgimdən, vintaj əşyalara, tarixə və incəsənətə duyduğum dərin maraqdan doğdu. Burada gördüyünüz bütün məhsullar öz zövqümlə seçdiyim, səyahətlər zamanı müxtəlif ölkə və şəhərlərdən topladığım unikal parçalardır. Zamanla səyahət edərək keçmiş dövrdən bu günümüzə qədər gəlib çata bilən əşyaları hər zaman sehrli və mistik hesab etmişəm. Onların hər biri özündə mövcud olduğu dövrün ruhunu, hekayəsini daşıyan kiçik incəsənət nümunələridir. Vintaj zərgərlik sadəcə bir aksesuar deyil, həm də canlı tarixin bir parçasıdır. Qurduğum bu brendlə keçmişin izlərini bu günə daşımaqdan və sizləri bu unikal, təkrarı olmayan tapıntılarla tanış etməkdən çox böyük zövq alıram. İnanıram ki, bu vintaj aksesuarların hər biri həyatınıza kiçik bir vintaj toxunuşu qatmaqla yanaşı, həm də gözəllik, sehrli hadisər və möcüzələr də gətirəcəkdir. Çünki burada olan hər Vintaj parça öz doğru sahibini tapır. Söz verdiyim kimi hər biriniz üçün ən özəl və gözəl vintaj tapıntıları gətirməyə davam edəcəyəm!
Nərgiz Surxayzadə
Founder & Curator

Founder & Curator
Paketləmə və Qablaşdırmamız

@vintagem.az
Hədiyyə seçimləri
Bizi Instagramda izləyin
@vintagem.az-ı izlə. Ən yeni tapıntılarımızdan ilk sən xəbərdar ol!
@vintagem.az







